Xaçmazda konteyner yanıb

16 Mart 2020 09:25 (UTC+04:00)

Xaçmaz rayonunun Çiləgir kəndində ümumi sahəsi 270 m² olan konteynerin taxta üzlüyü və içərisində yataq dəsti 75 m² sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a məlumat verilib.

Konteynerin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.