Cinayət Məcəlləsinə yeni maddə əlavə edilir

16 Mart 2020 15:29 (UTC+04:00)

Cinayət Məcəlləsinə yeni maddə əlavə edilir.

Mövqe.az-ın məlumatına görə, epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5 min manatadək cərimə və ya 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəza tətbiq olunacaq.

Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Layihə Milli Məclisin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.