Azərbaycan Avropanın enerji təhlükəsizliyinə yeni böyük töhfələr verir

17 Mart 2020 08:28 (UTC+04:00)

Dünya yeni iqtisadi böhranın astanasındadır. Təbəddülatlar yelinin tufana çevrilməsi riski olduqca yüksəkdir. Xüsusilə, neft qiymətlərinin yenidən erroziyaya uğraması fonunda böhranın qaçılmaz olması fikri mütəxəssis rəylərinin özəyini təşkil edir. Qorxulu iqtisadi röyaların gerçəkləşməsi təhlükəsi qarşısında yeni layihələrin işə başlaması belə bir gərgin situasiyada olduqca böyük önəm daşıyır. Söhbət Avropa İttifaqına daxil olan bir neçə ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayacaq Cənub Qaz Dəhlizinin Transadriatik Boru Kəməri (TAP) layihəsinin daşıdğı beynəlxalq missiya barəsindədir.  

Bu günlərdə TAP-ın xarici əlaqələr üzrə rəhbəri Vüqar Veysəlov mətbuata bildirib ki, boru kəmərinin Albaniya və İtaliya hissələri qaz ilə doldurulacaq: “2019-cu ilin noyabr ayının sonunda qaz kəmərinin birinci hissəsi istismara verildikdən sonra onun Yunanıstan hissəsinin qazla doldurulması davam edir. Hazırda Yunanıstan hissəsinin 275 kilometrdən və ya 50 faizdən artıq hissəsi qazla doldurulub. Önümüzdəki həftələrdə və aylarda əvvəlcə Albaniya, daha sonra İtaliya bölməsi qazla doldurulacaq”. O qeyd edib ki, proses plan üzrə gedir və TAP vasitəsilə ilk qaz nəqlini 2020-ci ildə həyata keçirmək üçün istismar mərhələsi vaxtında başa çatdırılacaq: “2020-ci ilin yanvar ayının 20-si əlavə güc üzrə “Snam Rete Gas” və “DESFA” ilə birgə təklif layihəsi dərc edildikdən sonra Yunanıstan, İtaliya və Albaniyanın milli tənzimləmə orqanları tərəfindən bəyənilən Transadriatik Boru Kəmərinin market-testinin keçirilməsi Qaydalarına uyğun olaraq TAP market-testin növbəti mərhələlərinə başlamaq niyyətindədir”.

Azərbaycanın təşəbbüsü ilə başlayan, Türkiyə və Gürcüstan tərəfindən dəstəklənən bu layihəyə sonradan Avropa İttifaqının üzvü olan İtaliya, Yunanıstan və Bolqarıstan, həmçinin Albaniya da qo.ulmuşlar. Daha sonra isə yeni və potensial tərəfdaşlar meydana çıxыб, Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə anlaşma memorandumu imzalanыб. Bu gün isə artıq layihəyə qoşulmaq istəyən Macarıstan, Rumıniya, Serbiya və Türkmənistan nümayəndələri ilə müzakirələr aparılır. Çünki, 4,5 milyard avro dəyəri olan TAP kəmərinin tikintisində işlərin 95 faizi görülüb.

Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması ilə sonuclanacaq bu xəttin çəkilişi bitmək üzrə ikəın Rusiyadan Avropaya uzanan “Şimal axını” xəttində işlər dyanıb. Bu xəttin siyasi amillərləı bağlı problemləri çoxdur və nə vaxt yoluna qoyulacağı məlum deyil. Bu səbəbdən Azərbaycandan başlayan Cənub Qaz Dəhlizinin əhəmiyyəti xeyli artıb və Avrasiya “mavi axın” xəttinə çevrilməsi prosesinə start verilib. Belə ki, bu yaxınlarda Türkmənistanın prezidenti Qurbanqulu Berdıməhəmmədovun Azərbaycana rəsmi dövlət səfərində Azərbaycan prezidenti İlham Əliyevlə bu haqda müzakirə aparılıb. Bundan başqa bir il əvvəl İran, İsrail və İraqın da bu yanacaq dəhlizindən nə vaxtsa istifadə edəcəkləri barədə bir sıra mesajlar verilmişdi. 

Azərbaycanın dövlət başçısı Cənub Qaz Dəhlizini strateji layihə adlandıraraq deyib ki, bu layihə bizim hamımızın uğur hekayəsidir.

N.NOVRUZ