Bahar Azərbaycana BU SAATDA daxil olacaq

17 Mart 2020 13:37 (UTC+04:00)

2020-ci ildə yaz fəsli Azərbaycana 20 Mart saat 07:49:36-da daxil olacaq.

AMEA Şamaxı Astrofizika Rəsədxanasından Mövqe.az-a verilən məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək.

Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayacaq.