Rusiyada məktəblər bağlanır

18 Mart 2020 11:08 (UTC+04:00)

Rusiyada koronavirus təhlükəsi ilə əlaqədar məktəblərdə 3 həftəlik tətil elan olunub.

Mövqe.az-ın məlumatına görə, bunu ölkənin Təhsil naziri Sergey Kravtsov bildirib.

Nazir deyib ki, məktəblər martın 23-dən başlayaraq aprelin 12-dək bağlı qalacaq.

Bu müddət ərzində distant təhsilin təşkil olunması planlaşdırılır.

Qeyd edək ki, Rusiyada bu günədək 114 nəfər koronavirusa yoluxub.