Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

18 Mart 2020 12:35 (UTC+04:00)

Gürcüstanda koronavirusa yoluxanların sayı 38 nəfərə çatıb.

Mövqe.az-ın məlumatına görə, son sutka ərzində ölkədə 4 nəfər virusa yoluxub.

Hazırda 1 130 nəfər karantinə yerləşdirilib, stasionar nəzarətdə 81 nəfər yoxlanılır.

Koronavirus təhlükəsi ilə əlaqədar Gürcüstan martın 18-dən başlayaraq əcnəbilər üçün sərhədləri bağlayır.

Bundan başqa, Çin, İran, Cənubi Koreya, İtaliya, Almaniya, Fransa, İspaniya, Avstriya, İsveçrə, Norveç və Danimarkadan olan vətəndaşlar üçün məcburi karantin rejimi tətbiq olunur.