Verona-nın futbolçusunda koronavirus aşkarlandı

18 Mart 2020 19:16 (UTC+04:00)

İtaliyanın “Verona” klubunun futbolçusu Mattia Zakkani koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Zakkaninin karantinə alınacağı bildirilir.

İtaliyada koronavirusa 31,506 nəfər yoluxub, 2503 nəfər isə ölüb.