Tovuzda mazut çəni yanıb

18 Mart 2020 13:09 (UTC+04:00)

Tovuz rayonunun Düz Qırıqlı kəndində tutumu 1 ton olan mazut çəni və ətrafa dağılmış qalıqları 20 m2 sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a məlumat verilib.

Yaxınlıqdakı çənlər və istixana yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.