Dünyanın ən nüfuzlu moda gecəsi təxirə salındı

18 Mart 2020 17:51 (UTC+04:00)

Hər il Nyu-Yorkdakı “Metropolitan” İncəsənət Mərkəzində təşkil olunan nüfuzlu “MET Gala” gecəsi təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə təşkilatçılar şounun ləğv olunmayacağını açıqlasalar da, sonradan koronavirusun geniş vüsət aldığını bildirərək tədbirə hazırlıqları dayandırıblar.

Qeyd olunub ki, 4 mayda keçirilməsi nəzərdə tutulan gecə qeyri-müəyyən vaxta təyin olunub.

Xatırladaq ki, “MET Gala”nın bu ilki bilet qiymətləri 35 min dollardan başlayıb. Gecənin bu dəfəki əsas mövzusu moda və zamandır və iştirakçılara sözügedən “dresscode” şərt qoyulub.