ÜST: COVİD-19-la mübarizədə göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə minnətdarıq

18 Mart 2020 14:39 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirir.

Mövqe.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, ÜST-ün mandatı hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf üçün sahələri müəyyənləşdirmək, COVİD-19 təhlükəsinə qarşı cavab tədbirlərinin gücləndirilməsinə dəstək göstərməkdir.

ÜST-ün Azərbaycandakı Ölkə Ofisi regional ofis və baş qərargahla sıx təmasda olmaqla hökümətlə kliniki idarəetmə, infeksiyaların qarşısının alınması və nəzarət, eləcə də risk kommunikasiyası kimi önəmli sahələrdə əməkdaşlıq edir.