Rusiya daha üç ölkəyə uçuşları məhdudlaşdırır

18 Mart 2020 15:39 (UTC+04:00)

Rusiya koronavirus təhlükəsi ilə əlaqədar olaraq Böyük Britaniya, ABŞ və Birləşmiş Ərəb Əmirliklərinə uçuşları məhdudlaşdırır.

Mövqe.az-ın məlumatına görə, qərar martın 20-dən qüvvəyə minəcək.

Məhdudiyyət Rusiya ərazisindən bu istiqmətlərə şamil olunacaq. Yalnız Şeremetyevo hava limanından London, Nyu-York və Əbu Dabiyə uçuşlar həyata keçiriləcək.

Rusiya bundan əvvəl Çin, İran, Cənubi Koreya, İtaliya, Almaniya və Fransaya uçuşları məhdudlaşdırmışdı.

Qeyd edək ki, bu günədək Rusiyada 114 nəfər koronavirusa yoluxub.