Rusiyada koronavirusa yoluxanların sayı artdı

18 Mart 2020 17:34 (UTC+04:00)

Rusiyada koronavirusa yoluxanların sayı 147 nəfərə çatıb.

Mövqe.az-ın məlumatına görə, son sutka ərzində ölkədə 33 nəfər virusa yoluxub.

Qeyd olunur ki, yoluxanların hamısı epidemiyanın mövcud olduğu ölkələrə gedib-gələn şəxslərdir.

Yoluxanlar həkim nəzarətinə götürülüb, hazırda onların təmasda olduğu şəxslər müəyyənləşdirilir.

Qeyd edək ki, hazırda dünyada koronavirusa yoluxanların sayı 203 min, ölənlərin sayı isə 8200 nəfər təşkil edir.