İsmayıllıda birmərtəbəli ev yanıb

19 Mart 2020 12:07 (UTC+04:00)

İsmayıllı rayonunun Tircan kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.