Almaniyanın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırıb

19 Mart 2020 14:17 (UTC+04:00)

Koronavirus infeksiyasının (COVİD-19) yayılması təhlükəsilə əlaqəli olaraq Almaniyanın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırıb.

Mövqe.az-ın məlumatına görə, bu barədə diplomatik səfirliyin rəsmi “Facebook” səhifəsində məlumat verilib.

“Hazırkı vəziyyət ilə əlaqədar olaraq 19 mart 2020-ci il tarixindən etibarən viza və konsulluq şöbəsinin fəaliyyəti 15 aprel 2020-ci il tarixinədək dayandırılır”, - deyə paylaşımda qeyd edilib.