AMB: Bugünkü valyuta hərracında tələb tam təmin edilib

19 Mart 2020 14:43 (UTC+04:00)

Martın 19-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

AMB-dən Mövqe.az-a bildirilib ki, hərracda tələb 243,7 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.