AzTV Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat köçürəcək

22 Mart 2020 19:34 (UTC+04:00)

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat məbləğində vəsait ödəyəcək.

Mövqe.az xəbər verir ki, müvafiq vəsait AzTV əməkdaşlarının könüllü istəyi əsasında onlar üçün nəzərdə tutulan aylıq mükafatın məbləğindən və reklam gəlirlərindən həyata keçiriləcək.

AzTV kollektivi koronavirusla mübarizədə də Azərbaycan xalqı ilə həmrəy olduğunu bəyan edir.