İmmuniteti gücləndirən ƏN FAYDALI VASİTƏ - Həkim açıqladı

22 Mart 2020 22:52 (UTC+04:00)

Dəniz kələmi tərkibində yodun yüksək olması sayəsində yalnız viruslarla mübarizədə deyil, yorğunluğa qarşı da effektivdir.

Mövqe.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Samara Araşdırma və Dietoterapiya İnstitutunun direktoru, tibb elmləri doktoru Mixail Ginzburg demək olar ki, hər hansı bir mağazada asanlıqla tapıla bilən və antiviral immuniteti stimullaşdıran təsirli məhsuldan danışıb.

O, hesab edir ki, kələm şəklində və ya qurudulmuş cips şəklində olan laminariya - dəniz yosunu mövsümi soyuqdəymə riskini azaltmağa kömək edir. Yüksək tərkibli yod xroniki yorğunluq vəziyyətinə də faydalı təsir göstərə bilər.

“Dəniz kələmi qidalanma mütəxəssisləri üçün əlverişlidir. Əsas məqam odur ki, yosunların tərkibində yod var. Bu, dünyanın ən zəngin yod məhsuludur” , - deyə Ginzburq açıqlanmasında bildirib.

Mütəxəssis əlavə edib ki, məhsul dənizdən uzaqda yaşayan hər kəs üçün xüsusilə dəyərlidir.