Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Mövqe.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Rayon sakini Nadim Qürbətov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
Məlumata görə, N.Qürbətov Ağcabədi rayon polis şöbəsinin post-patrul xidmətinin əməkdaşıdır.
Polis əməkdaşı yetkinlik yaşına çatmayan 16 yaşlı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.