"Bulvar Hotel" Operativ Qərargahın istifadəsinə verildi

23 Mart 2020 14:04 (UTC+04:00)

"Absheron Hotel Group" koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olaraq "Bulvar Hotel" mart ayının 24-dən etibarən müvəqqəti olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın istifadəsinə verir.

Mövqe.az-ın məlumatına görə, oteldə koronavirusla mübarizə tədbirləri üzrə görülən tədbirlərin bütün xərcləri "Absheron Hotel Group" tərəfindən ödəniləcək.