“Kaspian Biznes Menecment və Konsaltinq” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı

23 Mart 2020 19:08 (UTC+04:00)

“Kaspian Biznes Menecment və Konsaltinq” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb.

MMC-dən Mövqe.az-a verilən məlumata görə, ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Kaspian Biznes Menecment və Konsaltinq” MMC tərəfindən dəstək göstərilib.

Şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat pul vəsaiti köçürüb.

2003-cü ildə yaradılmış “Kaspian Biznes Menecment və Konsaltinq” MMC su təchizatı, kanalizasiya və yağış suları üzrə sistemlərin, çirkab su təmizləyici qurğuların, yaşayış və inzibati binaların və s. obyektlərin mühəndis və memarlıq layihələrinin hazırlanması, mühəndis - geodeziya axtarışları ilə məşğul olur. İndiyədək şirkət tərəfindən Azərbaycanda, eləcə də Qırğızıstan və Gürcüstanda su təchizatı, kanalizasiya və yağış suları üzrə 90-dan çox layihə həyata keçirilib.