Koronavirusun profilaktikasına dair AQTA-dan növbəti metodiki göstəriş

24 Mart 2020 12:13 (UTC+04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) koronavirusun profilaktikasına dair növbəti metodiki göstəriş hazırlayıb.

AQTA-dan Mövqe.az-a verilən məlumata görə, metodiki göstərişdə ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə koronavirusun (COVID-19) profilaktikasına dair məlumatlar əks olunub.