Xuliqanlıq edən Salyan sakini saxlanıldı

24 Mart 2020 17:16 (UTC+04:00)

Martın 23-də Salyan rayonunun Şorsulu kəndi ərazisində kənd sakini xuliqanlıq zəminində Yardımlı rayon sakini Ə.Şükürlünü döymüş və ov tüfəngindən havaya 2 dəfə atəş açıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Cəfərov saxlanılıb və hadisə zamanı istifadə etdiyi müvafiq sənədləri olmayan, nömrəsi silinmiş ov tüfəngi ondan götürülüb.