“Azərbaycanda rəqəmsal iqtisadiyyat” Dövlət Proqramı hazırlanacaq

24 Mart 2020 22:12 (UTC+04:00)

“Azərbaycanda rəqəmsal iqtisadiyyat” Dövlət Proqramı hazırlanacaq.

Mövqe.az-ın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

Sazişə əsasən, tərəflər “Azərbaycanda rəqəmsal iqtisadiyyat” Dövlət Proqramını hazırlayıb qəbul etmək öhdəliyi götürüblər.