Təhsil Nazirliyinin "Facebook" (www.facebook.com/tehsil.gov.az) və Twitter "twitter.com/tehsil.gov.az" sosial şəbəkələrində rəsmi səhifələri yaradılıb.
Təhsil Nazirliyindən Mövqe.az-a verilən xəbərə görə, nazirliyin fəaliyyəti ilə bağlı yeni məlumatları istifadəçilər bu səhifələrdən də əldə edə bilərlər. Yalnız yuxarıda qeyd olunan ünvanlar Təhsil Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələridir.
Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsində nazirliyin rəhbər şəxsləri tərəfindən ayda bir dəfə vətəndaşların təhsillə bağlı suallarının cavablandırılması nəzərdə tutulur.
Vətəndaşlardan xahiş olunur ki, təhsil sahəsi ilə bağlı sualları ilk növbədə Nazirliyin rəsmi elektron poçt ünvanlarına ([email protected], [email protected]) göndərsinlər. Təhsil Nazirliyinin rəsmi internet saytında Nazirliyin "Facebook" və "Twitter" sosial şəbəkələrindəki rəsmi səhifələrinə keçidlər yerləşdirilib.