Koronavirusdan ölən şəxslərin dəfni necə həyata keçirilməlidir? - TƏBİB

29 Mart 2020 19:27 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusdan ölən şəxslərin dəfninin necə həyata keçirilməsini açıqlayıb.

Mövqe.az-ın məlumatına görə, TƏBİB-in cənub ərazi bölməsi üzrə koordinatoru, infeksion xəstəliklər uzmanı Fərrux Sədirov deyib ki, koronavirusdan ölən şəxslərin dəfni ilə əlaqədar xüsusi tədbirlərə ehtiyac yoxdur. Bu, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də yer alır.