Mənzil İnşaatı Dövlət Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

30 Mart 2020 13:03 (UTC+04:00)

Mənzil İnşaatı Dövlət Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Mövqe.az-ın məlumatına görə, dövlət başçısının ölkəmizdə koronavirus infeksiyasına (Covid-19) yoluxma hallarının qarşısının alınması məqsədilə aparılan tədbirlərin gücləndirilməsi və əhalinin sağlamlığının qorunması barədə çağırışına dəstək olaraq Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Agentliyin və onun tabeliyində olan “MİDA” MMC-nin əməkdaşlarının könüllü istəyi ilə onların aylıq vəzifə maaşları hesabına Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat məbləğində vəsait köçürülüb.