Ermənistanda koronavirusa yoluxanların sayı 532 nəfərə çatdı

31 Mart 2020 14:33 (UTC+04:00)

Ermənistanda son sutka ərzində 50 nəfər koronavirusa yoluxub.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, koronavirusa yoluxanların sayı 532 nəfərə çatıb.

Hazırda 499 nəfərin müalicəsi davam edir.

Bu günədək ölkədə üç nəfər virusdan həyatını itirib.