Metro bağlandı, marşrutlarda sıxlıq yarandı - Foto

1 Aprel 2020 11:42 (UTC+04:00)

Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, ötən gün 22:00-dan Bakı Metropoliteni aprelin 20-dək fəaliyyətini dayandırıb.

Mövqe.az xəbər verir ki, bu, bu gün səhər saatlarında marşrutlarda sıxlığın yaranmasına səbəb olub. Bununla bağlı sosial şəbəkədə fotolar da paylaşılıb.

Fotoların "Neftçilər" metrostansiyası ərazisində çəkildiyi qeyd edilib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, sıxlıq əksər vətəndaşların sosial təcrid qaydalarına əməl etməməsi nəticəsində yaranıb.

O əlavə edib ki, paytaxtda sərnişin sıxlığının qarşısını almaq üçün istehsalat bazasındakı bütün avtobuslar xəttə çıxarılıb.