Uşaq verilişləri zaman energetik içkilərin reklamı qadağan edilir

1 Aprel 2020 14:05 (UTC+04:00)

Azərbaycanda uşaqlar üçün verilişlərin energetik içkilərin reklamı ilə kəsilməsi qadağan edilir.

Mövqe.az-ın məlumatına görə, bununla bağlı “Reklam haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, energetik içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) energetik içkilərin reklamı ilə kəsilməsi qadağan olunur.

Qanuna təklif edilən dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub.