Azərbaycanda 359 nəfər koronavirusa yoluxub - RƏSMİ

1 Aprel 2020 14:22 (UTC+04:00)

Azərbaycanda koronavirusa görə xüsusi rejimli xəstəxanalara yerləşdirilənlərin sayı açıqlanıb.

Bu barədə Mövqe.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinli orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.