Bu ölkədə əhalinin üçdə ikisi koronaya yoluxacaq

1 Aprel 2020 16:33 (UTC+04:00)

İsveç əhalisinin üçdə ikisi koronavirusa yoluxa bilər.

Axar.az xəbər verir ki, bunu Stokholm Universitetinin professoru Tom Britton deyib.

“Aprelin sonuna İsveç əhalisinin yarısı, mayın sonuna isə üçdə ikisi koronavirusa yoluxacaq”, – deyə o bildirib.

Qeyd edək ki, İsveçdə koronavirusla bağlı karantin rejimi tətbiq edilmir. Hazırda ölkədə koronavirusa 4435 nəfər yoluxub, 180 nəfər bu virusdan ölüb.