Azərbaycan Prokurorluğunun kollektivi Ələddin Sultanovun vəfatı ilə bağlı başsağlığı verib

1 Aprel 2020 16:50 (UTC+04:00)

Azərbaycan Prokurorluğunun kollektivi Ələddin Sultanovun vəfatı ilə bağlı başsağlığı verib.

Mövqe.az-ın məlumatına görə, Azərbaycan Prokurorluğunun veteranı, Konstitusiya Məhkəməsinin sabiq hakimi, tanınmış hüquqşunas Ələddin Sultanov vəfat edib.

Azərbaycan Respublikası Prokurorluğunun kollektivi Ələddin Sultanovun vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Təcrübəli hüquqşünas və qayğıkeş insan Ələddin Sultanovun əziz xatirəsi Azərbaycan Prokurorluğu əməkdaşlarının qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!