Xəzərdə zəlzələ olub

1 Aprel 2020 17:28 (UTC+04:00)

Xəzər dənizində zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 14:20-də qeydə alınıb.

Zəlzələnin maqnitudası 3.1, dərinliyi 28 km olub.