FHN koronavirus təhlükəsi ilə bağlı fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir

1 Aprel 2020 17:43 (UTC+04:00)

Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində FHN, bir daha, koronavirus infeksiyasından həm özünüzün, həm də yaxınlarınızın qorunması üçün mütləq qaydada fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir.