Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 5000 kvadratmetr olan tikinti materialları bazarında bir-birinə bitişik müxtəlif təyinatlı ticarət obyektlərinin və piştaxtaların yanar konstruksiyaları 350 kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, bazarın qalan hissəsi və digər ticarət obyektləri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.