Göygöldə güclü yanğın - Xəsarət alan var

2 Aprel 2020 09:41 (UTC+04:00)

Göygöl rayonunda güclü yanğın baş verib.

Publika.az xəbər verir ki, rayonin Yeni Zod kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.