İşçi çörək zavodunda intihar etdi- Azərbaycanda

2 Aprel 2020 10:00 (UTC+04:00)

Şəkidə intihar hadisəsi olub.

Mövqe.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib.Belə ki, 1994-cü il təvəllüdlü Şəki şəhər sakini Məmmədrəhimli Tərlan Rəhman oğlu işlədiyi “Sünbül” çörək zavodunda özünü asaraq intihar edib.

T.Məmmədrəhimlinin özünü hansı səbəbdən asdığı hələlik məlum deyil. Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.