TƏBİB: Koronavirus xəstələrinin sayı artarsa, ev şəraitində müalicəyə keçə bilərik

2 Aprel 2020 12:58 (UTC+04:00)

"Əgər ölkədə koronavirus xəstələrinin sayında ciddi artım olsa, pasiyentlər beynəlxalq təcrübəyə əsasən ev şəraitində müalicə oluna bilər".

Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, istər Bakıda, istərsə də bölgələrdə karantin müəssisələri var: "Eyni zamanda yeni açılan klinika da koronavirus xəstələrinin yerləşdirilməsi üçün gözəl imkandır".