Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı qadın süni tənəffüs aparatından ayrılıb

2 Aprel 2020 13:54 (UTC+04:00)

Gürcüstanda koronavirusa yoluxan Marneuli sakini olan 62 yaşlı azərbaycanlı qadın süni tənəffüs aparatından ayrılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib.

Onun sözlərinə görə, pasiyent xəstəxanaya daxil olarkən kliniki tibbi şöbəyə yerləşdirilib: “Həkimlər qadının vəziyyətini olduqca ağır qiymətləndiriblər. Hazırda pasiyentin vəziyyəti sabitdir və müsbət dinamika müşahidə olunur. Qadın adekvatdır və bir neçə saatdan sonra intensiv terapiya mərkəzindən müalicə şöbəsinə köçürüləcək”.