Tədris mərkəzindən noutbuklar oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

2 Aprel 2020 20:56 (UTC+04:00)

Səbail rayonunda oğurluqla məşğul olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a bildiriblər ki, Səbail rayonunda fəaliyyət göstərən tədris mərkəzindən 1000 manat dəyərində iki ədəd noutbuk oğurlamaqda şübhəli bilinən B.Hənifəyev rayon polis idarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.

Faktla bağlı araşdırmalar aparılır.