"Mən deyən olmalıdır" - Oğluna qız axtarır

2 Aprel 2020 21:15 (UTC+04:00)

"Qadın elə evdə otursa yaxşıdır. Ən yaxşısı budur. Mən də evdə otururam. Əl işləri düzəldirəm. Amma koronvirusa görə panik ataq da keçirdim".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva "Ona qalsa" verilişində deyib. Müğənni oğlunu evləndirmək istədiyini, qız axtarışına çıxdığını söyləyib:

"Üç övladım var. İkisi subaydır. Oğluma qız axtarıram. Deyib ki, anam seçsin. Tərbiyəsi mən deyən olmalıdır, amma oğlum sevsin. Ömrünü onunla yaşayacaq. İndiki zamanda qız tapmaq çətindir. Heç kimə söz demirəm, xanımlarımız çox yaxşıdır. Qalıb ki qız...".

Rühəngiz koronavirus infeksiyasına yoluxmamaq üçün dərmanlar içdiyini söyləyib:

"Etiraf edim ki, immunitet üçün dərmanlar atıram, iynələr vurdururam. İnsanlar arasında müğənnilər çox olur. Ona görə də balalarım üçün özümü qoruyurm".