Ebru Gündəş ilə Rza Zərrab, İbo üçün qonaqlıq təşkil ediblər

11 May 2012 19:34 (UTC+04:00)

Məşhur müğənni Ebru Gündəş iki il əvvəl evləndiyi əslən Azərbaycanlı Rza Zərrab, İbrahim Tatlıses üçün dünən qonaqlıq təşkil edib. İstanbulda yerləşən "Çırağan Saray"da xüsusi qonaqlıqda maraqlı məqamlar olub. E.Gündəş, Levent Kitabçının "Dutyfree" adlı çempion atını 800 min lirəyə alıb, həyat yoldaşına hədiyyə edib.

Sarayın bir salonunu bağlayan cütlük, İ.Tatlısəsə uzun müddətdir yaşamadığı qonaqlıq həzzini bəxş ediblər. Sazlı-sözlü əyləncədə cütlük məşhur sənətçiyə sürpriz həddiyə ediblər. Onlar, İ.Tatlısəsə məşhur marka olan saat hədiyyə ediblər.

Fuad Mədətov

Movqe.Az