Bakıda sexdə yanğın olub

4 Aprel 2020 10:00 (UTC+04:00)

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 360 m² olan ikimərtəbəli tikilinin (dülgər sexi və mağaza kimi fəaliyyət göstərir) birinci mərtəbəsində yerləşən sexin içərisində taxta materiallar və mebel hissələri 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.