Barcelona-nın rəsmisi koronavirus pandemiyasına yoluxub.
Goal.az xəbər verir ki, klubun vitse-prezidenti Jordi Kardonerin koronavirus testi müsbət nəticələnib. Klub rəsmisinin hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.
Bu, Barcelona-da üçüncü yoluxma halıdır. Daha əvvəl klubun həkim heyətinin rəhbəri Ramon Kanal və həndbol komandasının həkimi Xosep Antoninin də koronavirusa yoluxduğu açıqlanmışdı.