Kanada sel sularına qərq olub

9 İyul 2013 16:17 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Kanadanın cənubunda təsirli olan qasırğa səbəbiylə ölkənin ən böyük şəhəri Torontoda 300 mindən çox evə elektrik enerjisi verilmədiyi, çox sayda ev və iş yerinin sel suları altında qaldığı, metro səfərlərinin ləğv edildiyi bildirilib. Rəsmilər bazar ertəsi axşamı şəhərin bəzi bölgələrinə kvadrat metrə 10 santimetrdən çox yağış düşdüyünü bildirib. Daha əvvəl şəhərdəki ən çox yağış, kvadrat metrə 3,6 santimetr yağış düşdüyü 2008-ci ildə olmuşdu. Sel sularının basdığı ​​şəhərətrafı qatarında saatlarla qapalı qalan təxminən 1400 sərnişin, uzun sürən işlər nəticəsində xilas edilə bilib. Sərnişinlərdən altısının yüngül yaralandığı və xəstəxanada  müalicə edildikdən sonra buraxıldığı deyilib.