İranda koronavirusdan ölənlərin sayı 3 600 nəfəri ötdü

5 Aprel 2020 15:45 (UTC+04:00)

İranda koronavirusa yoluxanların sayı 58 226 nəfərə çatıb.

Mövqe.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur bildirib.

O, qeyd edib ki, ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 3 603 nəfərə çatıb.

"Ötən gün ərzində bütün ölkə üzrə koronavirusa 2 483 yeni yoluxma aşkarlanıb. Bu məlumatları nəzərə alaraq, virusa yoluxanların sayı 58 226-a qədər artıb", - deyə o IRINN telekanalının efirində bildirib.

Kianuş Cahanpurun sözlərinə görə, virusa yoluxmuş 22 011 xəstə sağalıb.

"Təəssüf ki, son 24 saatda 151 nəfər xəstəxanalarda və tibb mərkəzlərində ölüb. Koronavirusdan ölənlərin ümumi sayı 3 603 nəfərdir", - o əlavə edib.