Zərdabda 16 yaşlı qız kimyəvi məhlul içərək ölüb

6 Aprel 2020 10:36 (UTC+04:00)

Zərdab rayonunun Bəyimli qəsəbəsində 16 yaşlı qız ölüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, qəsəbə sakini 2004-cü il təvəllüdlü M.G. yaşadığı evdə kimyəvi məhlul içib.

Valideyinləri dərhal onu rayon mərkəzi xəstəxanasına aparıblar.Həkimlərin səylərinə baxmayaraq, gənc qızın həyatını xilas etmək olmayıb.

Faktla bağlı Zərdab rayon polis şöbəsində araşdırılma aparılır.