Gürcüstanda koronavirusa yoluxanların sayı 188 nəfərə çatdı

6 Aprel 2020 10:49 (UTC+04:00)

Gürcüstanda koronavirus diaqnozu qoyulan pasiyentlərin sayı artıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Ölkədə 188 şəxs COVID-19 infeksiyasına yoluxub. Onlardan 36-sı sağalıb, 2-si isə ölüb.

Hazırda karantində 5 056, stasionar nəzarətdə isə 386 nəfər saxlanılır.