Rusiyada koronavirus: bir gündə 954 nəfər yoluxub

6 Aprel 2020 12:15 (UTC+04:00)

Rusiyada son sutka ərzində koronavirusa daha 954 yoluxma halı qeydə alınıb.

Rusiya Operativ Qərargahının verdiyi məlumata görə, bununla Rusiya ərazisində COVID-19-a yoluxanların sayı 6343 nəfərə çatıb.

Son sutka ərzində 2 nəfərin öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 47 nəfərə çatıb. (apa)