Rusiyada sürətli koronavirus testi qeydiyyatdan keçib

6 Aprel 2020 12:25 (UTC+04:00)

Rusiyanın “Generium” bioloji-farmakoloji şirkətində ilk yerli sürətli koronavirus testi qeydiyyata alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, test Rusiyanın Tibbi-Bioloji İttifaq Şirkəti (“Mediko-biloqiçeskiy soyuz”) tərəfindən hazırlanıb.

Ekspress-test Rusiya Səhiyyə Nazirliyinin Nəzarət xidməti tərəfindən qeydiyyata alınıb.

Məlumata görə, nümunə hazırlığı da daxil omaqla, bu test 40 dəqiqə ərzində koronavirusa dair nəticəni 94 faiz dəqiqliklə bildirir.